Eddi Merfi Amazon ilə böyük bir müqavilə imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu müqaviləyə əsasən üç filmdə rol alacağını və digər orijinal layihələrin hazırlanmasında iştirak edəcəyini deyib. Müqavilənin məbləği açıqlanmayıb. Müqavilə populyar aktyorun studiya ilə əməkdaşlığının olduqca məntiqi bir inkişafı idi, çünki əsas rol oynadığı "Amerikaya Gəzinti 2" komediyası il ərzində Amazon-un axınlarının əsas hitlərindən biri oldu.
Amazon Studios rəhbəri Cennifer Salk qeyd edib ki, Eddi həm kamera qarşısında, həm də adi həyatda bir əfsanədir: "Danılmaz bir komediya və dramatik qabiliyyəti ilə ardıcıl olaraq dünyanın hər yerində maraqlı, orijinal hekayələr və personajlar təqdim edir. Bu ənənəni davam etdirməkdən və Eddini Amazon ailəsinə rəsmi olaraq salamlamaqdan çox məmnunuq ".
Xatırladaq ki, Merfinin perspektivli layihələrindən biri "Beverly Hills Cop" klassik komediya franşizasının davamı olacaq. Dördüncü filmin gələn il tamaşaçılara təqdim edilməsi planlaşdırılır. 2020 -ci ildə aktyor "My Name Is Dolemite" filmindəki baş rolu üçün Hollivud Xarici Mətbuat Birliyi Mükafatına namizəd olub.
Tərcümə şöbəsi
Bakıvaxtı.az













jpg-1633846793.webp)


