• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Qədim Gəncənin ərazisi ekoloji terrorla üzləşib”

MƏDƏNİYYƏT

15 Oktyabr 2021 | 10:43

“Qədim Gəncənin ərazisi ekoloji terrorla üzləşib”

Qədim Gəncə ərazisində tarixən müəyyənləşmiş ərazi və landşaftının qorunması, onun fərdi simasının saxlanması, bərpası məqsədilə yaradılan Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğundakı vəziyyət qiymətləndirilib.

Bu barədə Bakıvaxtı.az-a Gəncə İctimai İştirakçılıq Məclisinin üzvü Müzadil Həsənov bildirib.

O qeyd edib ki, qoruq ərazisində yerləşən elmi, tarixi və yaxud bədii əhəmiyyət kəsb edən bütün tarix – mədəniyyət abidələri qorunmalıdır: “Ötən gün 1000 ildən çox yaşı olan Qədim Gəncə qalasının, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində monitorinq keçirdik. Müşahidə etdiklərimiz hər birimizi sözün əsl mənasında şoka saldı. Bu tariximizə qarşı açıq sui-qəsddir!”

M.Həsənov deyib ki, monitorinq Gəncə İctimai İştirakçılıq Məclisinin üzvləri, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin işçiləri ilə birgə keçirilib: “Onsuz da on illərdir normal qorunmayan və dağıdılan Qoruq ərazisi son bir neçə ildə əsl ekoloji terrorla üzləşib”.

Qədim qala divarları, bürclər, körpülər, məscid və hamam qalıqlarının hamısının üzərinə yüzlərlə yük maşını məişət və tikinti tullantıları töküb".

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026