Rejissor Hvan Don-hekin yaşamaq uğrunda mübarizə ilə bağlı çəkdiyi “Squid Game” adlı ekran əsəri “Netflix” platforması tarixinin ən populyarı serialı olub.
Bakıvaxtı.az bu barədə xidmətin rəsmi “Twitter” hesabına istinadən xəbər verir.
Premyerasından 25 gün sonra serial 111 milyon baxış sayı toplayıb. Bu o deməkdir ki, “Squid game” ilk dörd həftədə 82 milyon baxış toplayan ABŞ-ın “Bridgertons” serialını keçib.
Qeyd edək ki, “Squid Game” maddi çətinliklərini həll etmək üçün adaya yollanan və sağ qalma oyunlarına qatılan personajlardan bəhs edir. Onlar 40 milyon dollar qazanmaq üçün uşaqlıqda oynadıqları altı oyunu uğurla başa vurmalıdırlar. Rəqabətə tab gətirməyib uduzanlar isə həlak olurlar.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















