• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ƏƏSMN tərəfindən satışa çıxarılan mənzillərdən artıq 200-ə yaxını satılıb

CƏMİYYƏT

06 Iyun 2023 | 18:01 | Müəllif: Qalib İbrahimoğlu

ƏƏSMN tərəfindən satışa çıxarılan mənzillərdən artıq 200-ə yaxını satılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ms.sosial.gov.az portalı üzərindən onlayn satışı həyata keçirilən mənzillərdən artıq 200-ə yaxını satılıb.

Bakıvaxtı.az xəbər verir ki, mənzilləri alan şəxslər tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanıb və mənzillər sahiblərinə təqdim olunub.

Hazırda 1400-dən çox mənzilin ms.sosial.gov.az portalı üzərindən bron edilməsi və bron etmiş şəxslərlə əlaqə saxlanılaraq onların bron etdikləri mənzillərin  alqı-satqısına dəvət edilməsi prosesi davam edir.

Mənzillərdən maksimum 3 mənzili bron etmək imkanı verilir.

Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron rayonunda (“Stansiya Sumqayıt” kimi tanınan ərazi) və Samux rayonunda yeni binalarda yerləşən həmin mənzillər hər biri çıxarışlı və tam təmirlidir, istifadə olunmayıb.

Mənzilləri banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.


ƏƏSMN tərəfindən satışa çıxarılan mənzillərdən artıq 200-ə yaxını satılıbƏƏSMN tərəfindən satışa çıxarılan mənzillərdən artıq 200-ə yaxını satılıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026