• Bakı 26° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Əfqan Sadıqovun şikayəti təmin edilmədi

CƏMİYYƏT

15 Yanvar 2025 | 20:44

Əfqan Sadıqovun şikayəti təmin edilmədi

Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Azərbaycana ekstradisiyasına etiraz edən "Azel TV" saytının təsisçisi Əfqan Sadıqovun şikayətini təmin etməyib.

Bakıvaxtı.az xəbər verir ki, Ə.Sadıqovun həyat yoldaşı Sevinc Sadıqovanın verdiyi məlumata görə, bu, Gürcüstanda bu iş üzrə qərar çıxaran sonuncu məhkəmədir.

Öz növbəsində vəkil Mariam Kvelaşvili "Turan" agentliyinə bildirib ki, müdafiə tərəfi Əfqan Sadıqovun ekstradisiyasının qarşısını almaq üçün hüquqi addımları davam etdirəcək.

Gürcüstan hakimiyyəti Sadıqova siyasi sığınacaq verməkdən imtina edib. Noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası barədə qərar qəbul edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyun 2026
14 Iyun 2026