• Bakı 20° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Pakistan və Əfqanıstanda zəlzələ - Xeyli sayda ölü və yaralı var - YENİLƏNİB

DÜNYA

22 Mart 2023 | 00:41

Pakistan və Əfqanıstanda zəlzələ - Xeyli sayda ölü və yaralı var - YENİLƏNİB

Çərşənbə axşamı axşam saatlarında Əfqanıstanda qeydə alınan zəlzələ nəticəsində Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində azı iki nəfər həlak olub. Əfqanıstanın şərqindəki Laqman əyalətində daha iki nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti Pakistanın Təbii Fəlakətlərin İdarə Edilməsi İdarəsinin ilkin hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, Xeyber-Paxtunxvada yaşayış binalarının dam və divarlarının uçması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Öz növbəsində, “Reuters” Pakistan polisinə istinadən xəbər verir ki, Svat rayonundakı bu ərazidə 150-yə yaxın insan yaralanıb. Rayon xəstəxanaları yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bundan əlavə, Əfqanıstanın təbii fəlakətlərin nəticələrinin azaldılması agentliyinin sözçüsü agentliyə bildirib ki, Laqman əyalətində iki nəfər ölüb.

“Dawn” xəbər verir ki, yeraltı təkanlar Hayber-Paxtunxvadan başqa Pakistanın digər bölgələrində, o cümlədən Peşəvər, Lahor, Kvetta, Ravalpindi və İslamabadda da hiss olunub.

 

23:08

Əfqanıstanda baş verən zəlzələ Pakistanda da hiss olunub.

Bakıvaxtı.az xəbər verir ki, bir sıra binalarda çatlar əmələ gəlib, yaşayış binaları yararsız vəziyyətə düşüb.

İlkin məlumata görə, yeraltı təkanlar nəticəsində ölən və yaralanan olmayıb.

Qeyd edək ki, bu gün Əfqanıstanda 7,8 ​​maqnitudada zəlzələ baş verib. Zəlzələnin episentri 161 min nəfərdən çox əhalisi olan Kunduz şəhərindən 195 km şərqdə yerləşib.

 

21:16

Əfqanıstanda 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədəAvropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Yeraltı təkanların episentri 12 min nəfərdən çox əhalisi olan İşkaşım şəhərindən 48 km cənub-qərbdə yerləşib.

Dağıntı və tələfat barədə hələ ki, məlumat yoxdur.


Pakistan və Əfqanıstanda zəlzələ - Xeyli sayda ölü və yaralı var - YENİLƏNİBPakistan və Əfqanıstanda zəlzələ - Xeyli sayda ölü və yaralı var - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR