• Bakı 25° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Əhali pullarını hansı məhsullara xərcləyib?

İQTİSADİYYAT

19 Aprel 2022 | 00:27 | Müəllif: Subhan Mahmudov

Əhali pullarını hansı məhsullara xərcləyib?

2022-ci ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin pullarını əsasən hansı məhsullara xərclədiyi məlum olub.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, hesabat rübündə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,5 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 14,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 11,0 milyard manatlıq ərzaq və qeyri-ərzaq məhsulları satılıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026