• Bakı 22° C

    4.42 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Eldar Əzizov BNA-ya kurator təyin etdi

CƏMİYYƏT

14 Aprel 2022 | 16:08

Eldar Əzizov BNA-ya kurator təyin etdi

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsə kurator təyin edib. 

Bakıvaxtı.az qaynarinfo-ya istinadən xəbər verir ki, Eldar Əzizovun müvafiq əmri ilə müvəqqəti olaraq Ayaz Məhəmməd oğlu Hüseynov BNA-ya kurator təyin olunub.

Xəbərin dəqiqiləşdirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə edilən zənglər cavabsız qalıb.

Qeyd edək ki, Ayaz Hüseynov Bakı meriyasının şəhər təsərrüfatı şöbəsinin müdiridir. 

Xatırladaq ki, bu ilin fevral ayında Przident İlham Əliyevin Fərmanı ilə Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026