• Bakı 19° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Eldar Əzizov onu Aparat rəhbəri TƏYİN ETDİ - FOTO

CƏMİYYƏT

14 May 2022 | 15:05

Eldar Əzizov onu Aparat rəhbəri TƏYİN ETDİ - FOTO

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, Ayaz İmaməliyev Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri təyin olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 18 fevral 2022-ci il tarixli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Həmin tarixdən indiyə qədər Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri vəzifəsi müvəqqəti olaraq Ayaz İmaməliyevə həvalə olunmuşdu.

Ayaz İmaməliyev bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatında ümumi şöbənin və Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi olub.(apa)


SON XƏBƏRLƏR

18 Aprel 2024