• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Əli Əsədov ilə Gürcüstanın Baş naziri arasında telefon danışığı olub

SİYASƏT

28 Iyun 2022 | 18:00

Əli Əsədov ilə Gürcüstanın Baş naziri arasında telefon danışığı olub

İyunun 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən Bakıvaxtı.az-a verilən məlumata görə, baş nazir Ə.Əsədov doğum günü münasibətilə İ.Qaribaşvilini təbrik edib, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

Telefon danışığı zamanı Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026