• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Əli Əsədov Türkiyə mediasına müsahibə verdi

SİYASƏT

07 May 2024 | 22:35

Əli Əsədov Türkiyə mediasına müsahibə verdi

Keçən il fevralın 6-da Qəhrəmanmaraşda baş verən zəlzələnin nəticələri Türkiyə xalqı ilə yanaşı, Azərbaycan xalqını da dərindən kədərləndirib. Prezident İlham Əliyevin dərhal verdiyi reaksiyaya əsasən qərara alınmışdır ki, Qəhrəmanmaraşda Azərbaycan məhəlləsi inşa olunsun.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 7-də jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən mən işlərin gedişi ilə tanış olmaq üçün bu gün Qəhrəmanmaraşa gəlmişəm. İşlər normal gedir, qrafikə uyğun olaraq icra olunur.

Baş nazir Azərbaycan məhəlləsindəki 20 sinif otağından ibarət 300 şagird yerlik Heydər Əliyev Məktəbinin tikintisi ilə də maraqlandı.

Qeyd olunub ki, Qəhrəmanmaraşda Azərbaycan mərhələsində məktəb Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyacaq.

Həm Azərbaycan məhəlləsi, həm də Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyan məktəbin inşası ən yüksək keyfiyyətlə icra olunmalıdır və olunur.

Əli Əsədov inşaatçılarla da söhbət etdi. Baş nazirə məlumat verildi ki, onların arasında əsrin fəlakəti nəticəsində yaxınlarını itirən, evləri dağılan şəxslər də var.


SON XƏBƏRLƏR

18 May 2024