• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əli xəmirqarışdıran qazanda qalan qadın xilas edildi - VİDEO

HADİSƏ

08 Aprel 2024 | 11:01

Əli xəmirqarışdıran qazanda qalan qadın xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində yerləşən supermarket daxilində fəaliyyət göstərən çörəkbişirmə sexində bir nəfərin əlinin xəmirqarışdıran qazanda sıxılıb qalması və xilasedici köməyinə ehtiyacın yaranması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş 1975-ci il təvəllüdlü Z.Ağayeva xəmir qarışdıran qazanı təmizləyərkən ehtiyatsızlıqdan əli qazanda ilişib qalıb.

Xilasedicilər xüsusi vasitələrlə zərərçəkmişin əlini çıxararaq xilas olunmasını təmin ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026