Bakının Səbail rayonunda yol qəzası baş verib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Salyan şossesində baş verib. Belə ki, mopedi idarə edən şəxs yüksək sürətlə hərəkət edərək, yol kənrında dayanan “Porche” markalı avtomobilə çırpılıb.
Mopedin sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerində polislərin verdiyi məlumata görə, “Porsche”-nin sürücüsü Kürçaylı Əliağa Ülfət oğludur.
Ə.Kürçaylı tanınmış şair Əliağa Kürçaylının nəvəsidir.




















