• Bakı 25° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Əlibaba Məmmədov VƏFAT ETDİ

MƏDƏNİYYƏT

25 Fevral 2022 | 23:07 | Müəllif: Qalib İbrahimoğlu

Əlibaba Məmmədov VƏFAT ETDİ

Xalq artisti Əlibaba Məmmədov 92 yaşında dünyasını dəyişib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı "qafqazinfo" yayıb.

Qeyd edək ki, Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Xanəndənin böyük məharətlə ifa etdiyi "Rast", "Bayatı Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar da xanəndələrin repertuarlarına daxil edilib.

Xalq artisti "İnandır məni", "Yaşa hələ", "Sən gərək güləsən", "Səni gözlər" kimi məşhur mahnıları səsləndirib.

1963-cü ildə Azərbaycanın əməkdar artisti, 1989-cu ildə xalq artisti fəxri adlarını alıb.

Xatırladaq ki, Xalq artistinin oğlu Seyran Məmmədov fevralın 17-də 67 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Xanəndənin qızı isə ötən il COVİD-19 virusundan rəhmətə getmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026