• Bakı 20° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Elnarədən Laləyə ağır sözlər

MƏDƏNİYYƏT

26 Yanvar 2022 | 19:02 | Müəllif: Subhan Mahmudov

Elnarədən Laləyə ağır sözlər

Azərbaycan şou-biznesində növbəti qalmaqalın təməli qoyulub. Belə ki, Əməkdar artist Lalə Məmmədova, müğənni Elnarə Xəlilova və stilist Elnur Həsənov arasında gərginlik yaranıb. 

Bakıvaxtı.az olay-a istinadən xəbər verir ki, buna səbəb Elnurun "Deməsəm olmaz" verilişində Elnarəni ən zövqsüz adlandırması olub. Bundan sonra Xəlilova Elnura instaqramda şeirlə cavab verib. O, ad çəkmədən Həsənovun ünvanına bir işlə məşğul olmasını, stilistlik etməsini təklif edib:

"Məncə, sən bir iş görsən olar.

Ya vizaj et, ya da kolor.

Geyim sənlik deyil, inan.

Pornoqrafik, ürəkbulandıran

Sonuncu obrazlarının

TRT-dən sorağı gəlir".

Xəlilovanın Elnurun sonuncu obrazlarını ələ salması ilə oxların Əməkdar artist lalə Məmmədovaya atıldığı düşünülüb. Belə ki, Əməkdar artist fotosessiyaları ilə tez-tez gündəmə gəlibvə bir neçə gün bundan əvvəl TRT-də qonaq olub. 

Məmmədovaya isə instaqramda həm Həsənova dəstək olub, həm də ona ünvanlandığı düşünülən bir neçə misraya cavab verib:

"Həddini bilmədikdən sonra çox şey bilmək mənasızdır. Susqunluq heç kimi çaşdırmasın. Çünki susan danışsa, dözən olmaz. Bu arada TRT-yə qucaqdolu sevgilər və salamlar".  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026