• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Elşən Xəzər Azərbaycandan buna görə gedib - ÖZÜ CAVABLADI

ŞOU

29 Avqust 2025 | 16:13 | Müəllif: Əli Hüseynov

Elşən Xəzər Azərbaycandan buna görə gedib - ÖZÜ CAVABLADI

Azərbaycanı tərk etməyimlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a keçmiş meyxanaçı Elşən Xəzər deyib.

O, işləri ilə əlaqədar müvəqqəti Rusiyanın paytaxtı Moskva şəhərində olduğunu bildirib:

"Azərbaycanı niyə tərk edim axı? Bəli, Moskvaya gəlmişəm, amma bu o demək deyil ki, ölkəni həmişəlik tərk etmişəm. Bilirsiniz, sənətdən getdikdən sonra dolanışıq üçün bir iş qurmalı idim. Elə alındı ki, Moskvada restoran işlətdim. Mən bura həm müayinə, həm də iş üçün gəlib-gedirəm. İşlədiyim obyekti də boş buraxa bilmərəm".

Elşən Xəzər sentyabrda Azərbaycana gələcəyini qeyd edib.

Xatırladaq ki, E.Xəzərin Rusiyaya köçməsi xəbərini onun həmkarı Aqşin Fateh yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026