“Rəhmətlik Zəlimxan Yaqub mənə deyirdi ki, “ay Ağalar, ərindən boşanan klip çəkdirir, torpağı əldən gedən şair olur…”
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ağalar Bayramov “Duz&İstiot” verilişində deyib.
Sənətçi sosial mediadan şikayətlənib:
“Bir də görürsən ki, adi, bildiyimiz müğənnidir. Paylaşımın altından yazıb ki, “dünyaya səs salan, filankəsov filankəs”. Adamı heyrət götürür. İnanın, biabırçılıqdır. Bilmirsən ki, yazan da kimdir. Nə nömrə var, nə bir şey. Göbələk kimi sayları artır”.
Ziyafət Əlisoy