Məşhur müğənni Zeynep Baştık mərkəzi Kahramanmaraşda baş verən zəlzələlər səbəbindən böyük qorxu yaşadığı üçün İstanbuldan Urlaya köçüb.
Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, zəlzələ qorxusuna qalib gələ bilməyən müğənni müalicə almağa başlayıb.
Bu yaxınlarda Çanaqqalanın Yenice rayonunda baş verən 4,9 bal gücündə zəlzələdən danışan Z.Baştık yeraltı təkanı aydın hiss etdiyini və çox sarsıldığını deyib:
“Qeyri-ixtiyari böyük bir qorxu yaşadım və ağlamağa başladım. Bunun üçün hələ də müalicə alıram. Hatay zəlzələsindən sonra ciddi travma aldım".
Zaman-zaman tetikləndiyini deyən müğənni telefonuna zəlzələ ilə bağlı proqramlar yüklədiyini bildirib:
“Zəlzələ çantası düzəldəcəm, amma saxlayıram. unuduram. Binama güvənirəm, amma nə olacağını bilmirik”.
Nərgiz Məmmədli








jpg-1712838192.webp)







