“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Emin Əfəndi klubdan ayrılıb.
Bakıvaxtı.az sportinfo.az-a istinadən xəbər verir ki, o, ötən gün klubu tərk edib.
Onu bu postda “CBC Sport” kanalının şərhçisi Rüstəm Əfsərlinin əvəz edəcəyi deyilir. R.Əfsərli əvvəllər də “Neftçi”nin mətbuat xidmətinin rəhbəri kimi çalışıb.
Qeyd edək ki, Emin Əfəndi 2023-cü ilin yayında “Neftçi”də mətbuat xidmətinin rəhbəri postuna gətirilmişdi.







jpg-1723095157.webp)









