• Bakı 16° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Əmisioğlunu güllələdi, sonra bıçaqladı, həbs edilmədi - TƏFƏRRÜAT

HADİSƏ

17 Mart 2025 | 10:44

Əmisioğlunu güllələdi, sonra bıçaqladı, həbs edilmədi - TƏFƏRRÜAT

Masallıda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məhkəmə qərarı elan olunub.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü il mayın 20-də Masallı rayonunun Qasımlı kəndində baş verib.

30 yaşlı Aslan (tam adı açıqlanmır) uzun illər Rusiyada yaşadığı əmisi oğlu Semur Alışanovu xüsusi amansızlıqla öldürüb.

O, keçmiş həyat yoldaşı ilə Semurun münasibətdə olmasından şübhələnib. Həmin gün Aslan dostu Xanmuradın köməyi ilə qurbanını tələyə salıb. Xanmurad Semuru çay içmək adı ilə kafeyə aparır və Aslana xəbər verib. Aslan axşam saatlarında ov tüfəngini götürüb ora gəlib, içəri girib və heç bir söz demədən Semura atəş açıb. Güllə Semurun sinəsinə dəyib və o, yerə yıxılıb. Lakin Aslan bununla kifayətlənməyib – cibindən bıçağı çıxarıb yaralı vəziyyətdə olan Semura çoxsaylı zərbələr vurur.

O, cinayəti törətdikdən sonra maşına minərək hadisə yerindən uzaqlaşıb və birbaşa polisə gedərək təslim olub.

Aslan məhkəmədə bildirib ki, uzun müddət Semuru güdüb, onu öldürmək üçün plan qurub. Özünü peyğəmbər adlandıran Aslan 313 nəfərlə birlikdə Azərbaycana gələcəyini iddia edib, göylərdə yaşadığını və insan olmadığını deyib. O, nə baş verdiyini xatırlamadığını bildirib.

Şahid ifadələrinə görə, Aslan cinayəti tam ayıq vəziyyətdə törədib, hadisədən sonra isə normal şəkildə maşına minib gedib. 

Ekspert rəyi Aslanın anlaqsız vəziyyətdə olduğunu təsdiqləyib. Məhkəmə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına qərar verib və Aslan Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Zərərçəkmişin ailəsi isə Aslanın psixi xəstə olması ilə bağlı ekspertiza rəyinin qəsdən saxtalaşdırıldığını iddia edib.  Semurun ailəsi bu qərardan narazıdır və işin yenidən araşdırılmasını tələb edib.


SON XƏBƏRLƏR