• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ən çox qeyri-neft məhsulları bu ölkələrə ixrac edilib

İQTİSADİYYAT

28 Iyul 2023 | 22:36 | Müəllif: Subhan Mahmudov

Ən çox qeyri-neft məhsulları bu ölkələrə ixrac edilib

Bu ilin iyun ayında Azərbaycanın qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (148,3 milyon ABŞ dolları) birinciliyə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın iyul sayında bildirilir.

Bu siyahıda Türkiyə (47,9 milyon ABŞ dolları) ikinci, Gürcüstan isə (19,1 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

İyun ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında albalı və gilas (40,1 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (29,3 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (18,3 milyon ABŞ dolları) üçüncü olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026