• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Ərdoğan Azərbaycana gəldi - YENİLƏNİB

SİYASƏT

28 May 2022 | 14:57

Ərdoğan Azərbaycana gəldi - YENİLƏNİB

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

*** 12:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələri ilə Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk ulduzları" və "Solotürk" qruplarının nümunəvi çıxışlarını izləyəcək.


SON XƏBƏRLƏR

26 Aprel 2024