• Bakı 24° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Ərdoğan, yoxsa Kılıçdaroğlu irəlidədir? - SORĞU

DÜNYA

09 Aprel 2023 | 14:45 | Müəllif: Subhan Mahmudov

Ərdoğan, yoxsa Kılıçdaroğlu irəlidədir? - SORĞU

Türkiyədə prezident seçkisindən öncə keçirilən daha bir sorğunun nəticələri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, sorğunu hakimiyyətə yaxınlığı ilə seçilən “Areda” şirkəti keçirib.

Sorğuya əsasən, gələn bazar günü ölkədə seçki olarsa, respondentlərin 50,6%-i hazırkı prezident Rəcəb Tayyib Ərdoğana səs verməyə hazır olduqlarını bildiriblər. Ondan sonrakı yerdə 41,8% səslə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qərarlaşıb. Siyahıda sonrakı yerlərdə Məhərrəm İncə (5,5%), Sinan Oğan (2,1%) qərarlaşıb.

Sorğu iştirakçılarının 40%-i parlament seçkisində hakim Ədalət və İnkişaf Partiyasını dəstəkləyəcəyini bildirib. Ondan sonrakı yerləri CHP (23,7%), HDP (10,6%), MHP (8,1%), İYİ Partiyası (7,5%), Məmləkət Partiyası (3,6%), Yenidən Rifah Partiyası (1,9%) və digərləri tutub.

Qeyd edək ki, bundan öncə “Metropol” şirkətinin keçirdiyi sorğuda Ərdoğanın 41,1%, Kılıçdaroğlunun isə 42,6% səs toplayacağı vurğulanmışdı. “Optimar” şirkəti isə namizədlərin müvafiq olar 45,9% və 43,9% səs toplayacağını bildirmişdi./globalinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026