“Yunanıstan Türkiyəyə necə münasibət bəsləməli haqqında düşünülməlidir. Əks təqdirdə həmişə bəyan etdiyim kimi, bir gecə qəfil gedə bilərik”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən öncə keçirdiyi brifinq zamanı söyləyib.
“Son vaxtlar çıxışlarımda Yunanıstanla bağlı açıqlamalarım, böyük ehtimalla diqqətinizi çəkmişdir. Müdafiə Nazirliyimiz gərəkli müzakirələri aparır. Yuanıstan olanları anlayır və buna görə hərəkətlərini tənzimləməyə başlayıb”, - deyə o deyib.
Səbuhi Elnur
















