Yaponiya Müdafiə Nazirliyi və Cənubi Koreya Baş Qərargahı Şimali Koreyanın Yapon dənizi istiqamətində iki ballistik raket atdığını bildirib.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, beləliklə, Şimali Koreya son 12 gündə 6-cı cəhdini edib.
Yaponiyanın müdafiə naziri Hamada Yasukazu maksimum 350 kilometr, digər 800 kilometr yüksəkliyə çatan raketlərin Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyünü bildirib.
Nuranə Daxilqızı
















