Ukraynanın şərqində 23-27 sentyabr tarixlərində keçirilmiş “referendum” nəticəsində Rusiya Federasiyasının tərkibinə daxil olunmuş yeni ərazilər və o cümlədən Krım rəsmi Moskva tərəfindən müdafiə olunacaq.
Bakıvaxtı.az “İzvestiya”ya istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov Rusiyanın “Birinci kanal”ının efirində deyib.
Onun sözlərinə görə, Rusiyalı diplomatlar amerikalı həmkarlarının nəzərinə çatdırmağa çalışır ki, “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətləri, o cümlədən Krım Rusiyanın ayrılmaz hissəsidir və bu ərazilər ABŞ-ın Ukraynaya verdiyi silahla vurulur.
“Bizim ərazilərimizə zərbə endirmək qətiyyən yolverilməzdir. Ukraynalılar bizim ərazilərimizi Amerika silahları ilə vurur” – deyə Antonov əlavə edib. O, ABŞ-ın Ukraynadakı münaqişəyə birbaşa qoşulma riskləri artır.
Rusiya ilə gərgin münasibətlər səbəbindən Antonov ABŞ-ı dost ölkə adlandırmayıb: “Deyə bilmərəm ki, ABŞ dost ölkədir. Onları bəlkə də həmkar adlandırmaq olar, lakin həmsöhbət adlandırmaq daha uyğundur”.
Qeyd edək ki, ABŞ mediasında rəsmi Vaşinqtonun Ukrayna hərbçilərinə Krım və Rusiyanın birləşdirdiyi 4 vilayətə hərbi zərbələr endirmək üçün icazə verməsi ilə bağlı xəbərlər yayılır.
















