• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğandan Əfqanıstan AÇIQLAMASI

DÜNYA

15 Avqust 2021 | 18:20 | Müəllif: Subhan Mahmudov

Ərdoğandan Əfqanıstan AÇIQLAMASI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın sıfarişilə hazırlanmış ilk patrul gəmisinin suya salınması mərasimində iştirak edib.

Bakıvaxtı.az bildirir ki, dövlət başçısı gündəmə dair maraqlı açıqlamalar verib.

Ərdoğan Pakistanla qardaşlıq münasibətlərinin tarixin dərin keçmişinədək uzandığını, məhz bu ölkənin sifarişilə Türkiyədə dörd ədəd “Milgem” patrul gəmisinin hazırlanacağını qeyd edib.

Prezident çıxışında Əfqanıstanda baş verən son hadisələrə də toxunub.

“Son zamanlar qarşıdurmanın şiddətləndiyi Əfqanıstanda sülh və sabitliyin bərqərar olmasında Pakistanın üzərinə həyati əhəmiyyətli vəzifələr düşür. Türkiyə İran vasitəsilə gerçəkləşən və intensivləşən əfqan miqrantları dalğası ilə üz-üzədir”, - deyə Ərdoğan bəyan edib.

O, Əfqanıstanda sabitliyin bərpası üçün Türkiyənin əlindən gələni etməkdə davam edəcəyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026