Bəşəriyyət növbəti pandemiya ilə mübarizəyə hazır deyil, koronavirus epidemiyasına münasibət insanların yoluxucu xəstəliklə mübarizə üçün qlobal mexanizmlər qura bilməyəcəyini və bunun üçün bərabərsizliyi aradan qaldıra bilməyəcəyini göstərir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bill və Melinda Qeyts Fondu məlumat yayıb.
Hesabatda ticarətin sərhədləri aşan qloballaşan bir dünyada zəngin ölkələrin viruslarla mübarizə üçün lazım olan hər şeyi təmin etməsinin kifayət olmadığı deyilir.
Sənəd vaksin bərabərsizliyini mənəvi baxımdan qınayır. Belə ki, inkişaf etmiş ölkələrdə əhalinin 80 faizə qədəri, yoxsulların bəzilərində cəmi bir faizi vaksinləşib. Üstəlik, Afrikaya 48 milyon, Kaliforniya - 42 milyon dozada peyvənd gəlib, baxmayaraq ki, bu ştatın əhalisi Qara Qitədən 30 dəfə azdır.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















