Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan sağaldığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ərdoğan rəsmi "Twitter" hesabında paylaşım edib.
Son iki gündə edilən koronavirus testlərinin nəticəsinin neqativ olduğunu açıqlayan Ərdoğan, sağalmasında əziyyət çəkən bütün həkimlərə təşəkkür edib.
















