• Bakı 22° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Zelenski Ərdoğandan nə xahiş edib?

DÜNYA

19 Avqust 2022 | 13:27 | Müəllif: Qalib İbrahimoğlu

Zelenski Ərdoğandan nə xahiş edib?

"Zelenski bizdən xüsusi olaraq xahiş etdi ki, Rusiya Zaporojye AES-dəki bütün minaları təmizləsin. Çünki bu bir təhlükədir".

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, dünya sülhü üçün mühüm addım olaraq, Rusiya lideri ilə danışığı zaman bu məsələni müzakirə edəcək: “Rusiya bu istiqamətdə üzərinə düşəni etməlidir, biz bunu xüsusilə xahiş edəcəyik”.

Ərdoğan əlavə edib ki, Türkiyə müharibənin diplomatiya yolu ilə bitməsi üçün səylərini davam etdirəcək.

Bundan başqa, Ərdoğan Zelenskiyə Putinlə Türkiyədə görüş keçirməyi təklif etdiyini söyləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026