• Bakı 23° C

    6.99 m/s

Ermənilər ordumuzdan YARDIM İSTƏYİR

CƏMİYYƏT

22 Mart 2022 | 13:41 | Müəllif: Subhan Mahmudov

Ermənilər ordumuzdan YARDIM İSTƏYİR

Xankəndi yenidən qazsız qalıb.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən bildirir ki, Qarabağdakı separatçılar Rusiyanın ərazimizdə müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin rəhbərliyinə müraciət edərək Azərbaycan Silahlı Qüvvələri ilə əlaqə saxlanmasını istəyiblər.

Onlar Xankəndinin təbii qazla təminatında yaranmış problemin aradan qaldırılmasında Azərbaycan hərbçilərindən yardım göstərilməsini xahiş edirlər.

"Arsaxqaz" Qapalı Səhmdar Cəmiyyəti "qaz boru kəmərinin təmiri və yoxlanması ilə bağlı işlər tam başa çatdırılıb" bəyanatı verərək qarabağlı ermənilər arasındakı abonentlərin tam yarısının evlərində təbii qaz olduğunu vurğulasa da, belə deyil.

Ermənistandan Xankəndinə gedən qaz boru kəmərində baş vermiş qəza hələ də aradan qaldırılmayıb, kəmər təmir olunmayıb.(milli.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026