“Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanla yanaşı Qarabağ separatçılarının lideri Araik Arutunyandan da narazıdırlar”.
Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Ekspert qeyd edib ki, müxalifət təmsilçiləri açıq deməsələr də, İkinci Qarabağ müahribəsindəki məğlubiyyətdə Araik Arutunyanın da məsuliyyət daşıdığı qənaətindədirlər:
“Paşinyan vaxtilə əlindən gələn etdi ki, “Dağlıq Qarabağda prezident seçkisində“ Araik Arutunyan qələbə qazansın. Paşinyan Arutunyanla ortaq hərəkət edirdi. Ancaq İkinci Qarabağ müharibəsindən sonra Araik Arutunyan Nikol Paşinyandan məsafə saxlamaq məcburiyyətində qaldı. Ermənistanın radikal müxalifətinin Qarabağdakı adamı separatçıların “Təhlükəsizlik Şurasının katibi” Vitaliy Balasanyandır. Ermənistan müxalifəti Nikol Paşinyanı devirə bilmədi, növbə Araik Arutuyana çatıb. Müxalifət Arutunyanı Balasanyanla əvəzləmək istəyərdi. Elə bilirlər ki, bu nəyisə dəyişəcək. Arutunyan olmasın, Balasayan olsun, mühasirə daralmaqda davam edəcək”.
Nuranə Daxilqızı
















