Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı qərar qanunverici orqanın oktyabrın 3-də keçirilən iclasında qəbul olunub.
“Ermənistan” və “Mənim şərəfim” müxalifət fraksiyaları müzakirələrdə iştirak etməyib.
“Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan parlamentin iclası başlamamışdan əvvəl deyib ki, məsələnin parlamentin gündəliyinə salınmasını Ermənistan Konstitusiyasına zidddir.
***
Ermənistan parlamenti Roma Statutunun ratifikasiyasını müzakirə edir.
Bakıvaxtı.az "news.am"a istinadən xəbər verir ki, 2004-cü ildə dayandırılmış ratifikasiya prosesi bərpa edilib.
2004-cü ilin avqustunda Konstitusiya Məhkəməsi Roma Statutunun o dövrdə qüvvədə olan Ermənistan Konstitusiyaya zidd olduğunu bildirib. 2005 və 2015-ci ilin dekabrında Əsas Qanunda islahatlar aparılıb və 2020-ci il müharibəsindən sonra Ermənistanın Roma Statutunun qəbul etməsi gündəmə gəlib.
Kreml isə Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya pRezidenti Vladimir Putinə qarşı “qeyri-qanuni göstərişləri” fonunda İrəvanın Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir. Ermənistan rəsmiləri isə bəyan edirlər ki, ratifikasiya Rusiyaya qarşı yönəlməyib və İrəvan mövcud vəziyyətlə bağlı Moskvaya müvafiq təkliflər göndərib.
















