• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistan-Türkiyə sərhədində təmir və təchizat işləri başa çatıb

DÜNYA

05 Avqust 2024 | 15:20 | Müəllif: Əli Hüseynov

Ermənistan-Türkiyə sərhədində təmir və təchizat işləri başa çatıb

Ermənistan Türkiyə ilə sərhəddəki "Marqara-Alican" nəzarət-buraxılış məntəqəsinin bu ölkəyə aid hissəsində təmir və təchizat işlərini başa çatdırıb.

Bakıvaxtı.az bu barədə erməni mətbuatına istinadən xəbər verir.

    Bildirilib ki, iki ölkənin hökumət rəsmiləri arasında əldə olunan razılaşmaya uyğun olaraq, məntəqə üçüncü ölkələrin diplomatik pasportlarına malik vətəndaşlarına xidmət göstərilməsi üçün hazır vəziyyətə gətirilib.

    Məlumata əsasən, rəsmi İrəvan hazırda analoji prosesin Türkiyə tərəfinin də həyata keçirməsini gözləyir.

    Qeyd edək ki, Türkiyə və Ermənistan rəsmiləri arasında keçirilən 5-ci görüşdə sözü gedən məntəqənin texniki imkanlarının qiymətləndirilməsi və “Akyaka-Axurik” dəmir yolunun üzərindəki sərhəd-keçid məntəqəsinin işə salınması ilə bağlı razılaşma əldə edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR