• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənistan xoşbəxtliyini gah Rusiyada, gah Fransada, gah da ABŞ-da axtarır

SİYASƏT

19 Sentyabr 2022 | 10:42 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistan xoşbəxtliyini gah Rusiyada, gah Fransada, gah da ABŞ-da axtarır

“Nensi Pelosinin Ermənistan səfəri özünəməxsus sentimentallığı,saxta, “genosid” abidəsinin qarşısında axıtdığı göz yaşları ilə yaddaşlara həkk olundu”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, 1915- ci ilin hadisələrinə görə tökülən göz yaşları, dekabr ayında keçiriləcək aralıq seçkilərinə hesablanıb: “Sorğular göstərir ki, demokratların reytinqi arzuolunan səviyyədə deyil. Xanım Pelosinin yenidən rəhbərlikdə təmsil olunması, ağlabatan görünmür və partiyadaşlarının, onun yenidən sədr olmasına münasibətləri mənfidir. Bu yaxınlarda o, Tayvana etdiyi ziddiyətli səfərlə dünya gündəmini zəbt etmişdi”.

N.Məhəməliyevin sözlərinə görə, ermənilər, növbəti dəfə tarixi səhvə yol verdilər. “Nensi xanımın səfəri heç nəyi dəyişməyəcək. Əksinə, Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması, onu bir dövlət olaraq yaradan və xilas edən Rusiyaya yönəlik növbəti xəyanəti, şübhəsiz, cəzasız qalmayacaq. İrəvanın küçələrində rus dilində, “əbədi sizinləyik” sözləri yazılmış Putin portretli banerlər sökülərək zibil qutusuna atıldı. Əvəzində eyni sözlər ingilis dilində yazıldı və Rusiya Amerika ilə əvəzləndi. Yəqin ki, dekabr ayından sonra, banerlərin məzmunu yenidən dəyişəcək. Bax, əsil erməni xisləti budur”.

Deputat deyir ki, 44 günlük müharibənin nəticələri, dünya erməniliyinin həyatına zəhər qatıb: “Millət kütləvi psixozdan ayıla bilmir. İki il ərzində, elə bir gün yoxdur ki, İrəvanın küçələrində kütləvi mitinqlər, piketlər, qarşıdurma olmasın. Ermənilər bir-birini qırır. Siyasətçilər, hərbçilər məğlubiyyətin səbəbindən başlarını itirib, nə etdiklərini, nə istədiklərini dərk etmirlər. Paşinyan qarışıq başlarını itiriblər. Hamı, hamını günahlandırır. Ona görə də, xoşbəxtliklərini gah Rusiyada, gah Fransada, gah da Amerikada axtarırlar. Uğursuzluqlarının əsas səbəblərini isə, Azərbaycanda və Türkiyədə görürlər. Yəni, sağalmaz türk düşmənçiliyi ermənilərin genetik kodunda oturuşub”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026