• Bakı 14° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ermənistanda məmuru bıçaqladılar

HADİSƏ

01 Iyul 2021 | 18:14

Ermənistanda məmuru bıçaqladılar

Ermənistan Xüsusi İstintaq Xidmətinin keçmiş rəhbəri Vahram Şahinyanın oğlu bıçaqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, iyunun 30-da İrəvanda düşən dava zamanı bir nəfər ağır xəsarətlər alıb.

"Bel nahiyəsindən bıçaq xəsarəti alan vətəndaşı Birinci Universitet Xəstəxanasına çatdırıblar. Hüquq-mühafizə orqanları əməkdaşları yaralının 31 yaşlı İrəvan sakini Narek Şahinyan olduğunu müəyyən ediblər", - deyə saytlar yazıb.

Məqalədə bildirilir ki, Narek Şahinyan Ermənistan İstintaq Komitəsinin Yerevan İstintaq İdarəsində işləyir. Atası isə Xüsusi İstintaq Xidmətinin keçmiş rəhbəri Vahram Şahinyandır.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026