• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Hacıqabulda yol qəzasında 1 nəfər öldü - 5 nəfər xəsarət aldı

HADİSƏ

30 Iyul 2021 | 19:33 | Müəllif: Subhan Mahmudov

Hacıqabulda yol qəzasında 1 nəfər öldü - 5 nəfər xəsarət aldı

Hacıqabulda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobil “Hyundai” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, Hacıqabul sakini, 1986-cı il təvəllüdlü Qocayev Elşən Zeyəddin oğlu hadisə yerində dünyasını dəyişib.

Sürücünün avtomobildə olan övladları - 2011-ci il təvəllüdlü Qocayeva Ruqiyyə Elşən qızı, 2012-ci il təvəllüdlü Qocayev Əhməd Elşən oğlu, həyat yoldaşı, 1984-cü il təvəllüdlü Qocayeva Pərvin Qabil qızı və 2008-ci il təvəllüdlü Qocayev Nemət Qabil oğlu, “Hyundai”nin sürücüsü, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Abbasova Natiqə Teyyub qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR