• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Türkiyədə DƏHŞƏT: 14 yaşlı oğlan ailə üzvlərini güllələyib öldürdü

HADİSƏ

28 Avqust 2021 | 22:21 | Müəllif: Subhan Mahmudov

Türkiyədə DƏHŞƏT: 14 yaşlı oğlan ailə üzvlərini güllələyib öldürdü

Türkiyənin Ordu vilayətində qandonduran hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Korgan rayonunda 14 yaşlı oğlan fındıq yığmaq üstündə ailə üzvləri ilə mübahisə edib.

O, polis məmuru olan atasının tapancasını götürərək atasına, qardaşına, anasına və nənəsinə atəş açıb.

Nəticədə, anası Rahimə Y. və nənəsi Cənnət Gərdək hadisə yerində həyatlarını itiriblər. Atası C.Y. və qardaşı Murad Y. ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sonuncu xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma başladılıb.

“Haber Global”

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026