• Bakı 8° C

    0.17 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

DİN polisin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

HADİSƏ

31 Iyul 2021 | 10:50 | Müəllif: Subhan Mahmudov

DİN polisin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Daxili İşlər Nazirliyi polisin bıçaqlanması ilə bağlı məlumat yayıb.

Bakıvatxı.az xəbər verir ki, məlumatda deyilir:

"İyulun 30-da Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini Sərvan Yaqubov şərxoş vəziyyətdə xuliqanlıq hərəkətləri törədərkən Cəbrayıl Rayon Polis Şöbəsinin polis nəfəri, polis serjantı Qurban Qurbanova müqavimət göstərib və ona bıçaqla xəsarətlər yetirib. S.Yaqubov saxlanılıb".

***

İmişli rayonunda polis əməkdaşı bıçaqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə İmişli və Biləsuvar rayonlarının sərhədində yetləşən məcburi köçkün düşərgəsində baş verib.

Cəbrayıl rayonunun Mərcanlı kənd sakini, 1987-ci il təvəllüdlü Qurbanov Qurban Əbülfət oğlu qəsəbə sakini tərəfindən bıçaqlanıb. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı olan polis serjantı Q.Qurbanov boğazından, qarın və bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alaraq, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən Cəbrayıl rayon sakini, 1986-cı il təvəllüdlü Yaqubov Sarvan Arif oğlu saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026