• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Həftəsonu on üç aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

HADİSƏ

30 Avqust 2021 | 09:52

Həftəsonu on üç aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, avqustun 28-də və 29-da daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 13 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 5 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026