• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Koronavirus xəstələrinə cinayət işi açılıb - Lənkəranda

HADİSƏ

30 Avqust 2021 | 10:39

Koronavirus xəstələrinə cinayət işi açılıb - Lənkəranda

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcıları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Lənkəran rayon sakinləri İ.Həsənov və D.Ağazadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdikləri müəyyən edilib və onlar izahedici söhətlər aparıldıqdan sonra tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Onların barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.


Koronavirus xəstələrinə cinayət işi açılıb - Lənkəranda
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026