• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Rusiyadan Ermənistanın KTMT qərarına REAKSİYA: Qərbin təzyiqidir...

DÜNYA

23 Fevral 2024 | 12:36

Rusiyadan Ermənistanın KTMT qərarına REAKSİYA: Qərbin təzyiqidir...

Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurmasına reaksiya verib.

Bakivaxti.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa münasibət bildrib.

Onun sözlərinə görə, Ermənistan Qərb ölkələrinin təzyiqləri səbəbindən KTMT-də iştirakını dondurub

A.Çepa hesab edir ki, bu, Qərb ölkələrinin, ilk növbədə Fransanın təzyiqi altında baş verir: “İkincisi, bu, Paşinyanın apardığı uğursuz siyasətə cəhddir. Bu, Qarabağda baş verənlərə görə KTMT və Rusiyanı günahlandırmaq cəhdidir ”.

Onun sözlərinə görə, İrəvanın qərarı bütövlükdə təşkilatın işinə təsir etməyəcək.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024