• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Ermənistanın mina xəritələrini verməməsi..." - ANAMA

GÜNDƏM

23 Sentyabr 2021 | 18:26 | Müəllif: Subhan Mahmudov

"Ermənistanın mina xəritələrini verməməsi..." - ANAMA

İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində növbəti görüşü Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) olub.

Bu barədə Bakıvaxtı.az-a ANAMA-dan məlumat verilib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində birgə həyata keçirəcəkləri faktaraşdırıcı missiya və tarixi-mədəni abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqi ilə bağlı ANAMA-nın sədri Vüqar Süleymanovla görüşən qonaqlar ərazilərin minalardan təmizlənməsi mövzusunda geniş müzakirələr aparıblar.

ANAMA-nın sədri Ermənistanın mina xəritələrini təqdim etməməsinin nəticəsi olaraq, insanların həyat və sağlamlığında yaratdığı ciddi təhlükələri diqqətə çatdırıb.

Görüşdə bildirilib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından uzun müddət keçməsinə baxmayaraq, Ermənistan tərəfindən mina xəritələrini təqdim etməməsi səbəbindən işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri istiqamətində dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsində maneələr yaranır.

Qeyd edək ki, faktaraşdırıcı missiya çərçivəsində nümayəndə heyəti işğaldan azad edilmiş bölgələrə səfər edəcəkdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026