"Düşünürəm ki, yaxın günlərdə məhbuslar geri qaytarılacaq".
Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib.
O, tezliklə bu barədə məlumat alacaqlarına ümid etdiyini bildirib:
"Razılıq əldə olunub, bununla bağlı heç bir xəbər və ya dəyişiklik yoxdur. Proses davam edir. Ümid edirəm ki, bu, yaxın günlərdə baş verəcək".
















