• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Etirazçılar parlament binasına basqın edib

CƏMİYYƏT

25 Iyun 2024 | 17:08

Etirazçılar parlament binasına basqın edib

Etirazçılar Keniya parlamentinin binasına basqın ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Star” nəşri məlumat yayıb .

Məlumata görə, Keniyanın paytaxtı Nayrobidə etirazçılar vergilərin artırılması ilə bağlı büdcə layihəsinə səsvermənin yenicə başa çatdığı ölkə parlamentinə basqın ediblər.

Belə ki, “Vətən xainləri” deyə qışqıran etirazçılar tüstü bombalarını partladıb, polis barrikadalarını aşıb, polis avtomobilini yandırıb, parlamentin hasarının bir hissəsini zədələyib, binaya soxulub yandırıblar.

Onların parlamentin həyətindən dövlət bayrağını da qopardıqları bildirilib.

Keniya paytaxtının polis rəisi Adamson Bungei bildirib ki, etirazlar zamanı azı 4 nəfər güllələnərək xəstəxanaya yerləşdirilib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026