• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Eurovision 2021"də finala çıxan ölkələr - SİYAHI

MƏDƏNİYYƏT

21 May 2021 | 09:45

"Eurovision 2021"də finala çıxan ölkələr - SİYAHI

Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da “Eurovision 2021” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, yarışmada San-Marino, Estoniya, Çexiya, Yunanıstan, Avstriya, Polşa, Moldova, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə, İslandiya və Danimarka finala keçmək uğrunda mübarizə aparıblar.

Sonda səsvermə nəticəsində 10 ölkə - Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya finala vəsiqə qazanıb.

Birinci yarımfinaldan finala vəsiqə qazanan ölkələr isə Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna olub.

Qeyd edək ki, müsabiqənin final yarışması mayın 22-də keçiriləcək. Azərbaycanı "Mata Hari" mahnısı ilə Samirə Əfəndi təmsil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026