• Bakı 14° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Oyuq”da növbəti dərs

MƏDƏNİYYƏT

16 Iyun 2021 | 13:15

“Oyuq”da növbəti dərs

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının yetirmələri üçün növbəti ustad dərslərinə start verilir.

Teatrın mətbuat xidmətindən Bakıvaxtı.az-a daxil olan məlumata görə, mütəmadi olaraq aktyorluq sənəti, xoreoqrafiya, vokal, pantomima və bu kimi səhnə vərdişləri ilə bağlı ixtisaslaşmış kadrların apardığı və artıq müəyyən nəticələrin hasil olduğu dərslər növbəti mərhələdə davam edəcək.

Studiya rəhbərliyi bu dəfə səhnə və nitq mədəniyyətinin mükəmməlləşdirilməsi, Azərbaycan ədəbi dil qayda və normativlərinin qurunub-saxlanılması prinsiplərini əsas götürüb. Belə ki, peşəkar mütəxəssislər uşaqlara dilimizin zənginliyini düzgün danışma və nitq vərdişlərini aşılamaqla praktiki göstərmiş olacaqlar.

Budəfəki dərsləri Azərbaycan televiziya və radio məkanında öz sözünü çoxdan demiş peşəkar və tanınan simalar aparacaqlar.

Həftəlik ustad dərslərində uşaqlar sistemli olaraq Emin Musəvi, Lalə Azərtaş, Azər Qismət və Azər Süleymanlıdan nitq vərdişləri ilə yanaşı televiziya və radio aparıcılığının sirlərini də öyrənməyə çalışacaqlar.

Onu da qeyd edək ki, ustad dərsləri iyun-iyul aylarını əhatə edəcək.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026