“Mən evdə adi Sevdayam”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva “Söhbət var” verilişində deyib.
İfaçı həyat yoldaşı Zakir Bayramovla çox yaxşı anlaşdıqlarını və buna görə özünü xoşbəxt hiss etdiyini bildirib:
“Mən qapımdan kənarda olanda Sevda Yahyayeva oluram. Evimdə Sevdayam. Qapıdan içəri girəndə Sevda Yahyayeva adı bayırda qalır. Mən səhnə adamıyam, müğənniyəm, ifaçıyam, ölkədə tanınmış insanam, bunlar izləyicilər, tamaşaçılar üçündür. Evdə belə deyil. Evdə Zakirin yoldaşıyam. Ev işlərindən xoşum gəlir. Həm də Zakir çox mədəni insandır. Nəsə deyəndə xahiş edir. Müraciət forması gözəl olanda işi də rahat edirsən. Bir-birinə hörmət ailədə çox önəmlidir”.
Ziyafət Əlisoy
















