Cümə günü final edən "Kırmızı oda" serialının baş rol aktrisası Binnur Kayanın yeni layihəsi bəlli olub.
Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, aktrisa bundan sonra mütəmadi olaraq "Masumlar apartmanı" serialında rol alacaq.
O, "Kırmızı oda"da canlandırdığı psixiatr obrazını digər serialda da davam etdirəcək.
Qeyd edək ki, Kaya daha öncə "Masumlar apartmanı"nda qonaq aktrisa kimi oynamışdı.
















