BMT-nin “Yeni Üzvlərin Qəbulu Komitəsi” Fələstinin Birləşmiş Millətlər Təşkilatına (BMT) tamhüquqlu üzvlüyü ilə bağlı konsensusa gələ bilməyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının hazırkı sədri olan Maltanın Daimi Nümayəndəliyindən açıqlama verilib.
Bəyanatda bildirilib: "Fələstinin BMT-yə üzvlüyü ilə bağlı tövsiyə vermək üçün razılıq əldə oluna bilmədi".
Bəyanatda Maltanın məsələ ilə bağlı hesabat hazırlayacağı və hesabatın Şura üzvlərinə paylanacağı qeyd olunub.
Digər tərəfdən, Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Frazier jurnalistlərə açıqlamasında üzvlük şərtləri ilə bağlı heç bir problem olmadığını və Komitənin üçdə ikisinin üzvlüyə dəstək verdiyini bildirib.
Günəş Mərd
Fələstinin BMT-yə üzvlüyü ilə bağlı AÇIQLAMA
DÜNYA
12 Aprel 2024 | 12:03

SON XƏBƏRLƏR
17:18
10:41















